Milli Qəhrəmana həsr olunan klipin təqdimatı olub

Milli Qəhrəmana həsr olunan klipin təqdimatı olub
Bu gün "Astoriya" muğam ocağında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunan "Mübariz olaq" mahnısına çəkilən klipin təqdimatı keçirilib. SİA-nın məlumatına görə, klipdə qəhrəmanın valideynləri, döyüş yolundan fraqmentlər xüsusi yer alıb.

Tədbirdə vətənpərvərlik ruhunda xidmətlərinə görə bir qrup əməkdaş Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş fəxri fərman və diplomlarla təltif olunublar.

Qeyd edək ki, sözləri Sürəyya Küskünə, musiqisi Arif Səlimova məxsus mahnını "Karvan" qrupu ifa edir. Klipin rejissoru Ruslan Məmmədovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə