Ləzgi Dram Teatrı mövsümü "Səfərbəyin toyu" ilə açacaq

Ləzgi Dram Teatrı mövsümü "Səfərbəyin toyu" ilə açacaq

Qusar Dövlət Ləzgi Dram Teatrı yeni teatr mövsümünü sentyabrın 15-də Mirzəli Rüstəmovun "Səfərbəyin toyu" əsəri ilə açacaq. Teatrdan SİA-ya bildiriblər ki, sentyabrın sonrakı günləri teatrın kollektivi maraqlı səhnə əsərlərini tamaşaçılarına nümayiş etdirəcək.

Azərbaycan Xalq nağılı olan "Göyçək Fatimə", İsi Məlikzadənin "Hərənin öz ulduzu" əsəri də tamaçılara təqdim olunacaq.

Adı çəkilən əsərlərin məşqləri gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə