“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi “Təki Vətən yaşasın” devizi altında mərasim keçirib- FOTO
Bu gün "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin yaradılmasının 3 illiyi münasibəti ilə Hüseyn Sarabski adına Mədəniyyət Evində "Təki Vətən yaşasın" devizi altında mərasim keçirilib. SİA-nın məlumatına görə, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra isə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri birliyin idarə heyətinin sədri, jurnalist Şamil Sabiroğlu açıb. O, təşkilatın yaranmasından, son bir il ərzində həyata keçirilən layihələrdən danışıb: "Xocalı qətliamının törədilməsindən 18 ildən artıq vaxt keçir. Bu soyqırım aktına Ümummilli lider Heydər Əliyevin siyasi cəhətdən qiymət verməsinə baxmayaraq Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən hələ də öz hüquqi həlllini tapmayıb. Xarici ölkələrdə tədbirlər keçirilən zaman bu amil işimizi xeyli çətinləşdirir. Məqsədimiz Xocalı qətliamını tək Azərbaycan xalqının deyil, eləcə də bütün bəşəriyyətə və insanlığa qarşı bir cinayət olduğunu çatdırmaqdır".
Mərasimdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov öz çıxışında qeyd edib ki, bu birlik tərəfindən Azərbaycan üçün yetərincə işlər görülüb: "Birlik yaranan gündən onun əsas qayəsi nəinki Xocalı soyqırımı ilə bağlı olub, eləcə də Ermənistan- Azərbaycan münaqişəsinin həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırlımasını da öz üzərində götürüb. Mətbuat Şurası olaraq bu qurumla tədbirlər həyata keçirmişik. Hətta biz birgə Xocalı soyqırımı ilə bağlı müsabiqənin qaliblərini də mükafatlandırıq. Gələn il də belə bir layihəni yenidən təşkil etmək fikrimiz var".
Daha sonra Azərbaycan Milli Konservatoriyasının və Bakı Humanitar Kollecinin tələbələri, 276 saylı orta məktəbin şagirdləri maraqlı ədəbi bədii kompozisiyalarla çıxış ediblər.
Tədbirdə çıxış edən ziyalılar, tələbə-gənclər, şəhid ailələrinin nümayəndələri, müharibə əlil və veteranları Xocalı qətliamının və Ermənistan- Azərbaycan münaqişəsinin həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırlımasının vacibliyini vurğulayıblar.
Məlumat üçün bildirək ki, "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyi 2007-ci ildə yaradılıb. Məqsədi XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının beynəlxalq təşkilatlar, parlamentlər tərəfindən tanınmasında, bu faciəyə hüquqi- siyasi qiymət verilməsində Azərbaycan xalqına yardımçı olmaqdan ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB