“Bəşəriyyətin xilası” bədii filminin Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün təqdimatı keçiriləcək - FOTO

“Bəşəriyyətin xilası” bədii filminin Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün təqdimatı keçiriləcək - FOTO
Noyabrın 27-də, saat 19.00-da Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən "Bəşəriyyətin xilası" bədii filminin Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün təqdimatı keçiriləcək. SİA-nın məlumatına görə, hüquq-mühafizə orqanlarının fəaliyyətindən bəhs edən detektiv film bu il Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunub.

"Bəşəriyyətin xilası" filminin rejissoru Elxan Cəfərov, ssenari müəllifləri Elza Ağayeva, Ramiz Fətəliyev, operatoru Nadir Mehdiyev, bəstəkarı Aygün Səmədzadədir.

Rollarda Kənan MM, Şamil Süleymanlı, Gülzar Qurbanova, Əbdülqəni Əliyev, Xalidə Quliyeva, Zemfira Sadıqova və başqaları çəkiliblər.

Film cinayət məqsədilə istifadə olunan və adamları zombiləşdirən məhlul hazırlayan alim haqqındadır. Qeyd edək ki, ekran əsərinin çəkilişlərində Azərbaycan Kaskadyorlar Assosiasiyasının əməkdaşlarının köməyindən istifadə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə