Azərbaycan Tərcümə Mərkəzinin dil və tərcümə işinin təkmilləşdirilməsi, ölkədə fəaliyyət göstərən peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi və sertifikatlaşdırılması üzrə seçim turları davam edir.
Mərkəzdən SİA-ya bildirilib ki, turlarda iştirak üçün aşağıda qeyd olunan sənədlər qurumun [email protected] ünvanına göndərilməli, yaxud kağız formatında Bakı şəhəri, Əlimərdan bəy Topçubaşov küçəsi 74 ünvanına təqdim edilməlidir.
Qeydiyyat üçün tələb olunan sənədlər:
1.Şəxsiyyət vəsiqəsinin surəti
2.CV
Qeyd: Mərkəzin elektron poçtuna göndərilən sənədlərin “mövzu” bölümündə namizədlərin hansı dil və tərcümə sahəsi üzrə ixtisaslaşdığı göstərilməlidir.
Sənədlərin qəbulu 2018-ci il 14 iyun tarixinə qədər davam edəcək.
Əlaqə telefonları: (+994 12) 595-10-69 (daxili nömrə 115)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB