“40-cı qapı” növbəti mükafatını qazanıb

“40-cı qapı” növbəti mükafatını qazanıb

"Ritm production" kino şirkətində istehsal olunan "40-cı qapı" filmi noyabrın 11-dən 14-dək keçirilən "New York Eurasian Film Festival"da "Ən yaxşı ssenari" nominasiyasında mükafata layiq görülüv. SİA-nın xəbərinə görə, filmin ssenari müəllifi və quruluşçu rejissoru Elçin Musaoğludur.

Şirkətdən bildiriblər ki, bu, "40-cı qapı" filminin beynəlxalq kino festivallarında qazandığı 11-ci mükafatdır.

Film Amerikada 4 festivalda- (The Houston IFF- mükafat - Gold Remi Avard - Foreign, Tiburon IFF – mükafat - Federico Fellini award, 34th Cleveland IFF, New York Eurasian Film Festival – mükafat - Best Screenplay) iştirak etmiş və üçündə mükafat qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə