Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən 2018-ci ilin may ayının 25-də saat 10ºº-da Salyan şəhərində Heydər Əliyev Mərkəzində (Təbriz Xəlilbəyli küçəsi, 136) Biləsuvar, Neftçala, Salyan və Cəbrayıl rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
SİA-nın məlumatına görə, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB