ABŞ-ın Şərqi Karolina Universitetinin professoru xanım Pagie Viren ATMU-da FOTOLAR
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Amerika Birləşmiş Ştatlarının Şərqi Karolina Universitetinin professoru xanım Pagie Viren ilə görüş keçirilib.
SİA-nın məlumatına görə, xanım Pagie Viren ATMU-da turizm və otelçilik ixtisası üzrə bakalavr pilləsinin ingilis dilində təhsil alan tələbələrinə Amerikada turizmin müasir vəziyyəti, ekoturizm və marketinqi barədə ətraflı məlumat verib.Onların turizm fəaliyyətləri ilə bağlı suallarını cavablandırıb.
Amerika Birləşmiş Ştatlarının Şərqi Karolina Universitetinin professoru xanım Pagie Viren ilə görüş zamanı ATMU-nun Tədris işləri üzrə prorektoru İranə Əliyeva, turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov, həmin fakültənin dekan müavini Flora Ələsgərova və beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa hörmətli qonağa universitetdə tədris olunan fənnlər, beynəlxalq əlaqələrin qurulması və daha da möhkəmlənməsi istiqamətində həyata keçirilən ikitəfli görüşlərin əhəmiyyəti barədə ətraflı məlumat veriblər.Universitetin hədəfləri müstəvisində tələbə-müəllim mübadiləsinə, ixtisaslı və peşəkar kadr hazırlığında beynəlxalq təcrübəyə önəm verildiyini,həmçinin vaxtaşırı müvafiq təlimlərin təşkil edildiyini diqqətə çatdırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB