ATMU - nun "Xidmət mühəndisliyi " fakültəsi və Gənc Sosial İşçilər Dərnəyi Azərbaycan Turizm və Menecment Universitetində “Sosial işin 10 illiyi - nəticələr və perspektivlər” adlı tədbir həyata keçirib.
SİA-nın məlumatına görə, Azərbaycanda, bakalavr səviyyəsində 10-cu illiyini doldurması münasibəti ilə baş tutmuş tədbirin əsas mövzusu Azərbaycanda sosial işlə bağlı indiyənə kimi görülən işlər, alınan nəticələr və gələcəkdə bizi gözləyən imkanlar, planlar, bir sözlə, sosial işin gələcək perspektivləri olub. Bundan əlavə, tədbirdə sosial işi maraqlandıran müxtəlif mövzulara da qonaqların çıxışı sayəsində toxunulub. Tələbələr empatiya mövzusunda maraqlı film nümayiş etdiriblər.
Tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin Tədris İşləri üzrə prorektoru İranə Əliyeva, Xidmət Mühəndisliyi fakültəsinin dekanı Sevda Vəzirova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Nəzakət Balabəyova, “Qızıl Aypara” cəmiyyətindən Mətanət xanım, "Eşitmə və nitq məhdudiyyətli şəxslərə sosial yardım" ictimai birliyinin sədri Cəmilə xanım, ATMU - nun sosial iş ixtisasının tələbələri, Bakı Dövlət Universiteti və Azərbaycan Universitetinin sosial iş üzrə tələbələri və digər qonaqlar iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə