"Rus mənşəli teatr rəssamlarının Azərbaycan səhnəqrafiyasının inkişafında rolu” FOTOLAR

"Rus mənşəli teatr rəssamlarının Azərbaycan səhnəqrafiyasının inkişafında rolu” FOTOLAR

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Rus mənşəli teatr rəssamlarının Azərbaycan səhnəqrafiyasının inkişafında rolu” mövzusunda mühazirə saatı keçirilib. SİA-nın məlumatına görə, mühazirədə rus mənşəli teatr rəssamlarından F.Qusakın, N.Ovçinnikovun, Y.Toropovun, S.Yefimenkonun həyat və yaradıcılıqlarından söhbət açılmış, onların teatr tamaşalarına çəkdikləri dekorasiya və geyim eskizlərindən ibarət video-çarx nümayiş etdirilib.

Mühazirə saatı Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin və Rusiyanın Azərbaycandakı Səfirliyinin tərkibində fəaliyyət göstərən Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə