Martın 6-da Lənkəran şəhərinin Dəmiryol vağzalı qarşısında bayramsayağı bəzədilmiş meydanda Novruz bayramı atrubutlarından olan od çərşənbəsinin qarşılanması mərasimi keçirilib. SİA-nın məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə tonqal qalanıb, yerli incəsənət ustalarının ifasında maraqlı konsert proqramı səsləndirilib. Minlərlə lənkəranlının sevinc hissi ilə izlədiyi şənlikdə Novruz personajları-Bahar qızın könülləri oxşayan təbrik sözləri, Kosa və Keçəlin şirin, məzəli oyunları tamaşaçılara xoş ovqat bəxş edib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB