Fevralın 2-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda Gənclər Gününə həsr edilmiş sərgi açılacaq. İttifaqdan SİA-ya məlumat verilib ki, sərgi Gənclər və İdman Nazirliyi, Dövlət Rəssamlıq Akademiyası və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşacaq. Sərgidə 150 gənc fırça ustasının 200-dən çox sənət əsəri nümayiş olunacaq.
Dörd gün davam edəcək sərginin ekspozisiyasında incəsənətin bütün janrlarında olan əsərlər yer alacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB