Milli Kitabxanada “Firidun bəy Köçərli-155” kitab sərgisi açılıb
Yanvarın 25-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli ədəbiyyatşünas alim, Azərbaycan uşaq ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Firidun bəy Köçərlinin anadan olmasının 155 illiyi münasibətilə kitab sərgisi açılıb.
Kitabxanadan SİA-ya bildirilib ki, “Firidun bəy Köçərli-155” adlı sərgidə ədibin əsərləri, “Ön söz” yazdığı, görkəmli ədəbiyyatşünasın həyat və yaradıcılığı haqqında yazılmış kitablar, qəzet və jurnal məqalələri yer alıb.
Sərgiyə baxış sərbəstdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB