Mərkəzi kitabxanaların nəzdində fəaliyyət göstərən “Amerika guşələri”nin silsilə tədbirləri

Mərkəzi kitabxanaların nəzdində fəaliyyət göstərən “Amerika guşələri”nin silsilə tədbirləri

Gəncə şəhər, habelə Salyan, Kürdəmir və Xaçmaz rayon mərkəzi kitabxanalarında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyi arasında “Amerika guşələri” proqramı çərçivəsində Memoranduma uyğun olaraq 2017-ci ilin dekabr ayında tədbirlər təşkil edilib.

SİA-nın məlumatına görə, Salyan rayon Mərkəzi Kitabxanasında "Texnologiya saatı" təşkil olunub. ABŞ-ın Azərbaycandakı Səfirliyinin əməkdaşı Tereza Dikson və Bakı Amerika Mərkəzinin əməkdaşı Şölə Eminbəyli 3D printer, robotlar, elektron innovativ intellektual oyunlar və digər avadanlıqlar haqqında tədbir iştirakçılarına məlumat verdilər və onların suallarını cavablandırıblar.

Kürdəmir rayon Mərkəzi Kitabxanasında fəaliyyət göstərən “Amerika güşəsi”ndə də Texnologiya aylığı çərçivəsində tədbir keçirilib. Texnologiya saatında Səfirlik tərəfindən gətirilmiş avadanlıqlar “Amerika güşəsi”nin bütün istifadəçi və qonaqlarına təqdim olundu və həmin avadanlıqlar haqqında qonaqlara geniş məlumat verilib. Tədbir iştirakçıları texnologiya və innovasiyalar haqqında məlumat aldılar, gətirilmiş avadanlıqlardan istifadə edib, praktiki təcrübə keçiblər. Müxtəlif təqdimatlar və oyunlar tədbir iştirakçılarının marağına səbəb olub.

Bundan başqa, Kürdəmir rayon Mərkəzi Kitabxanasının “Amerika guşəsi”ndə ABŞ-ın donanma kapitanı və NASA-nın keçmiş qadın astronavtı Haydi Stefanişin-Payper ilə görüş təşkil edilib.

Görüş astronavt Haydi Stefanişin-Payperin hazırladığı “Mənim əhvalatım” adlı videoçarxın təqdimatı ilə başlayıb. Astronavtın məktəb illərindən başlayaraq ordudan tərxis olunanadək dövrü, xüsusən kosmosa uçduğu 12 və 16 günlük iki səfərini əks etdirən foto-şəkillər iştirakçılar tərəfindən maraqla qarşılanıb. Riyaziyyatı çox sevdiyini, universitetdə mühəndis ixtisasına yiyələndiyini, hərbi dəniz qüvvələrində sualtı gəmilərin təmiri sahəsində çalışdığını, sonra isə NASA-ya getdiyi haqqında danışan qonaq kosmosa uçuşlarını və burada qarşılaşdığı maraqlı epizodları xatırladıb. Şəkillər üzərində şərhlər verən qonaq kosmosdan planetin gözəlliyinin daha aydın görməsini vurğulayaraq sonradan yenidən hərbi dəniz qüvvələrinə qayıtdığını və oradan tərxis olunduğunu bildirib. Astronavt Haydi Stefanişin-Payper özü, ailəsi və kosmosa səfəri ilə əlaqədar iştirakçıları maraqlandıran sualları cavablandı. İndiyədək 500 nəfərə yaxın adamın kosmosa uçduğunu, onlardan 35-i qadın kosmonavt olduğunu qeyd edib.

Sonda qonaq iştirakçılarla xatirə şəkili çəkdirib.

Kürdəmir “Amerika guşəsi”ndə ingilis dili tədris köməkçisi Braden Alihsan ilə də görüş təşkil edilib. Tədbirdə məktəblilər, müəllimlər və gənclər iştirak etdilər. Tədbir zamanı ingilis dili tədris köməkçisi Braden Alihsan “ABŞ-da bayramlar” mövzusunda təqdimatla tədbir iştirakçılarına Amerikada qış aylarında keçirilən bayramlar haqqında geniş məlumat verib.

Amerikalıların qış bayramları ilə bağlı adət-ənənələrindən, bayramların tarixindən söhbət açıldı və uşaqları maraqlandıran suallar cavablandırılıb.

Gəncə şəhər Mərkəzi Kitabxanasında fəaliyyət göstərən “Amerika guşəsi”ndə müxtəlif mövzuları əhatə edən MOOC kursları - təcrübə zamanı verilənlərin analizi və nəticə çıxarmağın yolları və bütün bunları – (Technology, Engineering and Math) elmlərin ( texnologiya, mühəndislik və riyaziyyat) zəngin konsepsiyalarını öyrənməklə "Business- English " inkişafı üçün oxucular yeni biliklər əldə ediblər. Təcrübəni MOOC təliminin - Pensilvaniya Universitetinden sertifikat almış Həlimə Fətəliyeva aparırdı. İki gün davam edən təlimdən sonra iştirakçılar sertifikatlarla təmin olunublar. Mary Boehmer - İngilis dili tədrisçisi "ABŞ-da Bayramlar" mövzusunda təqdimat edib. Təqdimatdan sonra iştirakçılar Azərbaycanın milli bayramları haqqında bildiklərini qonaqla bölüşüblər, günün ikinci yarısında qonaq ingilis dili müəlimləri ilə görüşərək fikir mübadiləsi aparıblar.

Memorandum əsasən Gəncə şəhər Mərkəzi Kitabxanasındakı “Amerika guşəsi“ ictimai informasiya və müvafiq proqram, belə ictimaiyyət üçün ingilis dili klublarının sistemli təşkili, maarifləndirmə məqsədi ilə geniş ictimaiyyət üçün mədəni proqramların keçirilməsi, ABŞ-da təhsil ilə bağlı müxtəlif təqdimatların, fərdi və qrup şəklində məsləhətlərin verilməsi, Bakı Amerika Mərkəzində və başqa yerlərdə keçirilən təhsil və iş yarmarkaları haqqında məlumatların verilməsi, ingilis dili müəllimləri üçün İnternet şəbəkəsi vasitəsilə ABŞ-dan birbaşa vebinarların, distant seminarların keçirilməsi nəzərdə tutur. Bununla yanaşı, müxtəlif proqramlar çərçivəsində ABŞ-da təhsil və təcrübə keçmiş məzunlarla maarifləndirici proqramların həyata keçirilməsi planlaşdırılır.

Xaçmaz rayon Mərkəzi Kitabxanasında fəaliyyət göstərən “Amerika guşəsi”ndə İngilis dili Tədris köməkçisi (English Teaching Assistant, ETA) James [Ceyms] Nadelin təqdimatı keçirildi. Təqdimatda natiq ABŞ-da həyata keçirilən bayramlar haqqında ətraflı məlumat verib. Tədbirin sonunda J.Nadel tədbir iştirakçılarının suallarına cavablandırdı. ABŞ bayramları haqqında aldıqları ətraflı və maraqlı məlumatlara görə iştirakçılar natiqə təşəkkürlərini bildiriblər.

“Amerika guşələri”ndə 2018-ci ildə də davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə