MTN Gəncə Şəhər İcra Hakimiyyəti ilə birgə keçirdiyi növbəti layihəsi FOTOLAR
Gəncə şəhərində MDB-nin iştirakçı dövlətlərinin kitabxana mütəxəssislərinin iştirakı ilə konfrans keçirilib.
SİA-nın məlumatına görə, hazırda nazirlik tərəfindən konfransın materialları əsasında kitabxana-informasiya sahəsinin inkişafın dair xüsusi tədbirlər planı hazırlanır.
2017-ci il MDB-nin İcraiyyə Komitəsi tərəfindən “Gəncə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı” elan edilmişdir. Bu layihə çərçivəsində Gəncə şəhərində “Xalqların qədim irsinin qorunması və təbliğində kitabların rolu” mövzusunda elmi-praktik konfrans təşkil olunub.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva konfrans iştirakçılarını və qonaqları Şəhər İcra Hakimiyyətinin başçısı adından salamlayıb, Gəncənin qədim tarixi, mədəniyyəti haqqında məlumat verib.
Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun müşaviri Kamol Raximov çıxış zamanı qeyd edib ki, “Gəncə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət paytaxtı-2017” layihəsi çərçivəsində Azərbaycanda bir çox maraqlı tədbirlər keçirilib.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova konfrans iştirakçılarını Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi adından salamlayıb. O, qeyd edib ki, son illər ərzində qədim Gəncədə mədəniyyət sahəsində önəmli işlər həyata keçirilir.
Ölkə başçısı Cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Gəncə və gəncəlilərə böyük qayğı ilə yanaşırlar.
Konfransda iştirak edən qonaqların nəzərinə çatdırıldı ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev mədəniyyət sahəsinə və kitabxanalara çox böyük diqqət və həssaslıqla yanaşıb.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bu siyasəti 15 ilə yaxındır ki, uğurla davam etdirir. L.Məmmədova deyib ki, Azərbaycan Respublikası bəlkə də dünyada yeganə ölkədir ki, ölkə başçısı 2004-2008-ci illərdə kitabxana-informasiya sahəsinə dair 5 sərəncam imzalayıb.
Sektor müdiri Gəncə Şəhər İcra Hakimiyyətinə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunan “Prezident İlham Əliyev və mədəniyyət (2008-2013)” iki cildlik toplunu hədiyyə edib.
Plenar iclasda Belarus Respublikasının nümayəndə heyətinin başçısı Yelena Dolqopolova bu ölkənin mədəni irsinin qorunmasında Belarus Milli Kitabxanasının fəaliyyətindən məlumat verib.
Rusiya Federasiyası nümayəndə heyətinin başçısı, Avrasiya Kitabxana Assambleyasının baş direktoru Qalina Raykova söyləyib ki, Rusiya Dövlət Kitabxanasının fəaliyyətinin prioritet istiqamətlərindən biri bu kitabxananın çoxmilyonlu fondlarında saxlanılan kitabların elektron formaya köçürülməsidir.
Tacikistan Respublikası Elmlər Akademiyasının İndira Qandi adına Mərkəzi Elmi Kitabxanasının direktoru Şodimuhammad Sufiyev Tacikistanda kitabların təbliği istiqamətində görülən işlərdən məlumat verdi. O bildirib ki, kitabxananın fondunun əsas hissəsi Elektron kataloq və Elektron kitabxanada öz əksini tapıb.
Konfransın plenar iclasında Qazaxıstan Respublikasının Milli Kitabxanasının direktor müavini Bakıtjamal Ospanova, B.N.Yeltsin adına Prezident Kitabxanasının şöbə müdiri Stanislav Alekseyev və başqaları çıxış ediblər.
Sonra Beynəlxalq elmi-praktiki konfrans işini seksiyalarda davam etdirib. “Azərbaycanda multikulturalizm: tarixi təcrübə və müasirlik” və “Mədəni irsin təbliği və qorunması məqsədi ilə keçirilən kreativ və innovasiyalı layihələr” adlı seksiyalarda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova, Gəncə şəhər MKS-inin direktoru Elmira Əliyeva, Gəncə Dövlət Universitetinin dosenti Sevda Əliyeva, Azərbaycan Texnoloji Universitetinin Dillər kafedrasının müəllimi Leyla Vəkilova, Qırğızıstan Milli Kitabxanasının direktor müavini Gülnara Baytakova, Özbəkistan Milli Kitabxanasının Elmi katibi Kabuldijon Tursunov və başqaları çıxış ediblər.
“Mədəni irsin təbliği və qorunması məqsədi ilə keçirilən kreativ və innovasiyalı layihələr” adlı seksiyada Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova çıxış edərək qeyd edib ki, tarix boyu kitab əvəzolunmaz olub.
Konfrans iştirakçılarının və qonaqların diqqətinə çatdırılıb ki, Azərbaycanın ən unikal guşəsi olan Qarabağ 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində işğal olunmuşdur. Burada qiymətli mədəni sərvətlərimiz məhv edilib(onların arasında 927 kitabxana və onların fondu).
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörənliklə dediyi sözlər öz aktuallığını heç vaxt itirməyəck: “Xalq özünün zəfərləri və işləri ilə məşhurlaşır, lakin bu zəfərləri, bu işləri ən əhəmiyyətlisi mədəniyyətdir”. Azərbaycançılıq – incə hisslər, fəlsəfi müdriklik, Şərq mədəniyyətinin zəngliyi deməkdir.
MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fonduna Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin layihələri ilə nəşr olunan bir sıra kitablar hədiyyə edilib.
Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu Gəncə şəhər MKS-inə və Heydər Əliyev Mərkəzinin kitabxanasına çoxlu sayda kitab hədiyyə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə