“Bakı Gecələri - 2010” Estrada Mahnı Festivalının ikinci konsert proqramı keçirilib - FOTO
Bu gün Musiqili Komediya Teatrında "Bakı Gecələri - 2010" Estrada Mahnı Festivalının ikinci konsert proqramı keçirilib. SİA-nın məlumatına görə, səhnəyə ilk olaraq Rüfət Axuundov çıxıb. Daha sonra isə Moskvadan yenicə qayıdan Roza Zərgərli, Dəniz, Səyyad Əlizadə, Leyla Ramazanlı, Nadir Qafarzadə, Vaqif Şıxəliyev və başqaları çıxış ediblər.
Konsertin münsiflər heyətində xalq artisti Mübariz Tağıyev, bəstəkar Oqtay Rəcəbov və bir sıra tanınmışlar iştirak edirdi.
Festivalın başlıca məqsədi mahnı müəlliflərinin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, estrada ifaçılarını dəstəkləmək, Azərbaycanı beynəlxalq müsabiqələrdə layiqincə təmsil edəcək estrada ifaçılarını yetişdirmək və estrada mahnı janrını inkişaf etdirməkdir.
İlkin üç mərhələdə təqdim olunan mahnılar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və yüksək bal toplamış əsərlər finala – 24 dekabrda Heydər Əliyev Sarayında keçiriləcək Qala konsertə vəsiqə qazanacaqlar. Finalda səslənən mahnılar müxtəlif nominasiyalar üzrə mükafatlar uğrunda mübarizə aparacaqlar. Qala-konsertdə iştirak edən müğənnilər "Bakı Gecələri Estrada Mahnı Festivalının Laureatı" adına layiq görüləcəklər.
Bu il tamaşaçılar müxtəlif nominasiyalar üzrə qalibləri "online" səsvermə yolu ilə müəyyən etmək şansını əldə edəcəklər.
Məlumat üçün bildirək ki, "Bakı gecələri – 2010" Estrada Mahnı Festivalı Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi və Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilir.
Qeyd edək ki, səsvermə noyabrın 20-dən etibarən start veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB