Noyabrın 25-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Gənclərə dəstək” beynəlxalq layihə çərçivəsində konsert proqramı təqdim olunacaq. Konsert Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Filarmoniyanın təşkilatçılığı ilə reallaşacaq
Filarmoniyadan SİA-ya bildirilib ki, gecədə “Helikon-opera” Moskva Teatrının solistləri Yelena Nekrasova və İnna Zvenyatskaya çıxış edəcəklər.
Dünya və Avropa bəstəkarlarının əsərlərinə müraciət olunacaq konsertdə ifaçıları Xalq Artisti Teymur Göyçayevin bədii rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edəcək.
Ceyran Əsgərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB