Beynəlxalq Muğam Mərkəzində musiqi məktəbinin 85 illik fəaliyyəti münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev, Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, şəhər uşaq incəsənət məktəbinin direktoru Mirkamil Ağamirov və başqaları çıxış edərək musiqi məktəbinin Azərbaycan mədəniyyətinə bəxş etdikləri böyük sənətkarlardan söz açıblar.
Diqqətə çatdırılıb ki, Şuşanın düşmən tərəfindən işğal olunmasına baxmayaraq, bu gün məktəbin kollektivi və yetirmələri ruhdan düşmür, şəhərin və məktəbin adını təkcə ölkəmizdə deyil, beynəlxalq müsabiqələrdə də şərəflə təmsil edirlər.
1984-cü ildən maestro Niyazinin adını daşıyan məktəbin “Təbəssüm” rəqs qrupu bir çox beynəlxalq müsabiqə və festivallarda uğurla çıxış edib və mükafatlar qazanıb. Eləcə də məktəbin rəsm şöbəsi şagirdlərinin əl işləri respublika və beynəlxalq miqyaslı sərgilərdə nümayiş olunub.
Tədbir konsert proqramı ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB