Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Azərbaycan rəssamlarının vahid informasiya bazasının və qalereyanın veb-saytının ( www.azgallery.az) təqdimatı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, qalereyanın direktor əvəzi Qalib Qasımov çıxış edərək informasiya bazasının və rəsm qalereyasının veb-sayıtının yaradılmasının əhəmiyyətlindən danışıblar.
Bildirilib ki, çağdaş dövrdə doğma dildə incəsənət və təsviri sənətimiz haqqında mərkəzləşdirilmiş elektron vəsaitə olan tələbat və ehtiyac danılmazdır. Bunu nəzərə alaraq virtual məkanda milli təsviri sənət irsinin qorunması və təbliği məqsədilə Azərbaycan rəssamlarının vahid informasiya bazası yaradılıb. Qalereyanın əməkdaşları tərəfindən doğma dilimizdə yaradılan ilk elektron resurs milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasını təmin edəcək.
Diqqətə çatdırılıb ki, rəsm qalereyasının veb-saytının yaradılması ölkəmizdə bu sahədə baş verən mədəni hadisələri işıqlandırmağa, sənətsevərləri qalereyanın fəaliyyəti ilə yaxından tanış etməyə imkan yaradacaq.
Diqqətə çatdırılıb ki, hazırda qalereyanın fondunda 10 mindən artıq rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət əsərləri və müasir incəsənət əsərləri qorunub saxlanılır.
Sonra qalereyanın veb-saytı təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB