“Buzlaqlarda qadın” filmi nümayiş olunub

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Litvanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə oktyabrın 17-də “CinemaPlus Azerbaijan” kinoteatrında litvalı rejissor Andruis Stonysla görüş keçirilib.

Görüşdə tamaşaçılara A.Stonys rejissorluq fəaliyyətindən və yeni nümayiş olunacaq filmi haqqında məlumat verib. Sonra rejissorun yeni - “Buzlaqlarda qadın” filmi nümayiş olunub.

Qeyd edək ki, rejissor 1992-ci ildə Avropa Film, 2002-ci ildə isə Litva Milli mükafatlarına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə