Metodiki mərkəzin əsas funksiyaları

Bakı Turizm İnformasiya Mərkəzi digər turizm informasiya mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi, onlara praktiki köməkliyin göstərilməsi, metodik təlimatların və tövsiyyələrin hazırlanması məqsədilə fəaliyyətin koordinasiyası və turizm mərkəzlərinə metodik rəhbərliyin həyata keçirilməsi üçün metodiki mərkəz funksiyasını yerinə yetirəcək. SİA-nın məlumatına görə, bu məqsədlə Mərkəz tərəfindən turizm informasiya mərkəzlərinin fəaliyyətinin əsas istiqamətləri üzrə metodiki tövsiyyələr işlənib hazırlanmışdır. Metodiki tövsiyyələr özündə “Turizm informasiya mərkəzlərinin əsas fəaliyyət istiqamətləri”, “Turizm informasiya mərkəzlərinin yerinin seçimi və bitişik ərazinin təşkili üzrə tövsiyyələr”, “Təşkilati struktur standartları üzrə tövsiyyələr”, “Göstərilən xidmətlərin çeşidinə olan tələblər və tövsiyyələr”, “Məlumat-məsləhət xidmətinin standartlarının işlənib hazırlanması, fiziki qüsurlu insanlara xidmətlərin göstərilməsi üzrə tövsiyyələr”, “Mərkəzlərin otaqları üzrə texniki tələb və tövsiyyələr” və s. bölmələri əks etdirir.

Metodiki tövsiyyələr öz fəaliyyətlərində rəhbər tutmaları üçün müvafiq regional turizm informasiya mərkəzlərinə göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə