“Batalyon” sənədli filmi cəzaçəkmə müəssisəsində nümayiş olunub FOTOLAR

Mədəniyyət və Turizm Nazirliyi və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə 29 sentyabr 2017-ci il tarixində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində “Batalyon” sənədli filminin nümayişi həyata keçirilib. SİA-nın məlumatına görə, dövlət sifarişi ilə “Yaddaş” sənədli filmlər studiyasında çəkilən film Qarabağ müharibəsi zamanı Tərtər batalyonunun keçdiyi şərəfli döyüş yolundan bəhs edir.

Azadlıqdan məhrum edilmiş şəxslərin asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək, onları Azərbaycan kinosunun yeni nailiyyətləri ilə tanış etmək və vətənpərvərlik hisslərini daha da gücləndirmək məqsədi ilə keçirilən tədbirdə ilk öncə cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Etibar Məmmədov, filmin rejissoru, Əməkdar İncəsənət Xadimi Nizami Abbas və Milli Qəhrəman Elman Hüseynovun oğlu Emil Hüseynli çıxış edərək, bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirmiş və vaxtaşırı keçirilməsinin vacibliyini vurğulayıblar.

Sonra filmin nümayişi olub, film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə