300-dən çox sənəd arxivə təhvil verilib

300-dən çox sənəd arxivə təhvil verilib

Kinematoqrafiya xadimlərinə aid olan şəxsi mənşəli 343 saxlama vahidi fotosənəd daimi saxlanılmaq məqsədilə Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.

Milli Arxiv İdarəsindən SİA-ya bildirilib ki, 211 saxlama vahidi fotosənəd Əməkdar İncəsənət Xadimi, Dövlət mükafatı laureatı, kinooperator, kinorejissor Rasim İsmayılovun, 85 saxlama vahidi fotosənəd Əməkdar İncəsənət Xadimi, kinooperator Yuri Vornovskinin, 47 saxlama vahidi fotosənəd Əməkdar Mədəniyyət İşçisi, kinooperator Adil Abbasovun yaradıcılıq bioqrafiyasının ayrı-ayrı anlarını əks etdirir.

Hazırda arxivdə bu sənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir. Hər sənəd haqqında qısa və müfəssəl məlumat bazası hazırlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə