Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşri başa çatdırılan Vaqif Nəsib Sarıhüseynoğlu “Rəngli günlər” kitabı oxucuların ixtiyarına verilib. SİA-nın məlumatına görə,
Tanınmış nasir, “Qızıl Kəlmə” ədəbi mükafatı laureatı Vaqif Nəsib Sarıhüseynoğlunun yeni kitabına son illərdə qələmə aldığı silsilə hekayələri və “Sənsizlik, mənsizlik, onsuzluq” romanı daxil edilib.
Nəşrin “Ön söz”ünün müəllifi Xalq yazıçısı Elçin, redaktoru nasir, publisist Mustafa Çəmənlidir.
“Təhsil” nəşriyyatında çap edilən kitab Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB