“Kaybedenler kulübü yolda”

2011-ci ilin ən məşhur türk filmi “Kaybedenler kulübü”nün ikinci hissəsi çəkilir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Mehmet Ada Öztekinin rejissorluğu ilə çəkiləcək film bu dəfə “Kaybedenler kulübü yolda” adlanacaq. Oktyabrın ilk həftəsində çəkilişlərə başlanılacaq filmdə baş rolda aktyorlar Nejat İşler və Yiğit Özşener oynayacaqlar.

Xatırladaq ki, 2011-ci ildə yayımlanan ekran işi heyətə 25 həftəyə təxminən 5 milyon lirəyə yaxın pul qazandırıb.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə