Astara MKS-də uşaqlar üçün nağıl saatı təşkil edilib FOTOLAR
Astara rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində qısa müddət ərzində kitabxananın balaca oxucularının ən sevimli məkanına çevrilmiş “Nağıl otağı”nda yay tətili günlərində silsilə tədbirlər həyata keçirilir. SİA-nın məlumatına görə, bu dəfə “Nağıl otağı”nın qonaqları Astarada sosial cəhətdən zəif ailələrin uşaqlarına dəstək məqsədilə fəaliyyət göstərən “Günərzi qayğı mərkəzi” uşaqları olub. Uşaqlar ilk öncə “Nağıl otağı”ndakı rəflərdə xalq nağılları əsasında hazırlanmış maketlərlə, uşaqların bacarıqlarının üzə çıxarılması məqsədilə “Oxuduğum kitabların nağıl qəhrəmanları” adlı rəsm sərgiləri ilə tanış olublar. Sonra isə Uşaq şöbəsinin işçisi İntizar Nəsirova “Qara qoç”, “Sirli dolça”, uşaqların sevimli yazarı Gülzar İbrahimovanın “Su pərisi və balıqçı” nağıllarını oxuyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB