“Dilimiz milli varlığımızdır” adlı sərgi təşkil edilib FOTOLAR

“Dilimiz milli varlığımızdır” adlı sərgi təşkil edilib FOTOLAR

Qazax rayon Elmar Hüseynov adına Mərkəzi Kitabxanada 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş “Dilimiz milli varlığımızdır” adlı sərgi təşkil edilib. SİA-nın məlumatına görə, Səməd Vurğun adına parkda 1 Avqust- Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş “Dilimiz milli varlığımızdır” adlı sərgi təşkil edilib. Gün ərzində kitabxanaya daxil olan yeni kitablardan ibarət olan sərgi ilə 98 nəfərdən çox şəhər sakini və qonaqlar tanış olubar. Sərgidə “Dilimiz milli varlığımızdır”, “Yeni kitablar”, “Müstəqil dövlətçiliyimizin parlaq səhifəsi”, “M. P. Vaqif - 300” başlıqlarda çoxlu sayda ədəbiyyat nümayiş etdirilib. Qazax rayon MKS-in direktoru Solmaz Babanlı ilk öncə bildirib ki, Ana dili hər bir millətin maddi- mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Təşkil etdiyimiz sərgilər bu məqsədi daşıyır.

Müxtəlif mövzu və elm sahələrinə dair təşkil olunmuş kitab sərgiləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Həmçinin Qazax rayon Elmar Hüseynov adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi tərəfindən Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş “Dilimiz milli varlığımızdır” adlı uşaq səhərciyi təşkil edilib. Qazax şəhər M. Hüseyn adına məktəb- lisey və şəhər 3 saylı tam orta məktəbin şagirdləri ana dilimizə həsr olunan şeirlər söyləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə