Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı mövsümü dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 125 illik yubileyi münasibətilə "Koroğlu" operası ilə açıb. SİA-nın məlumatına görə, tamaşada opera sənətinin əsl melomanları, xarici qonaqlar, yaradıcı ziyalılar, tanınmış mədəniyyət və incəsənət xadimləri, jurnalistlər iştirak ediblər.
Tamaşa xüsusi bayram əhval-ruhiyyəsi şəraitində keçib. Solistlər və orkestrin parlaq və ilhamlı ifaları, gözəl və rəngarəng səhnə dekorasiyaları və kostyumlar tamaşanı daha baxımlı və maraqlı edib.
Əsas partiyaların ifaçıları – əməkdar artist Həsən Enami (Koroğlu), xalq artisti Şahlar Quliyev (Həsən xan) və gənc vokalçı İlahə Əfəndiyeva (Nigar) öz rollarını yüksək peşəkarlıqla ifa ediblər. Xalq artisti, professor Cavanşir Cəfərovun rəhbərliyi altında simfonik orkestr və əməkdar incəsənət xadimi Sevil Hacıyevanın başçılıq etdiyi xor kollektivi tamaşada yüksək səviyyədə çıxış edib.
Tamaşada iştirak edən xalq artisti, bəstəkar Musa Mirzəyev bildirib: "Bu gün bu operanı dinləyərkən, bir daha mənsub olduğum millətə görə böyük fəxr hissi keçirdim. Çünki bu millət dünyaya Üzeyir Hacıbəyli kimi görkəmli şəxsiyyət və onun ölməz "Koroğlu" operasını bəxş edib. Bugünkü tamaşa böyük bayramın – Ü.Hacıbəylinin 125 illik yubileyi çərçivəsində keçirilən tədbirlərin ən dəyərli hadisəsinə çevrildi. Opera və Balet Teatrının kollektivi bu gün tamaşada yüksək peşəkarlıqla çıxış etməklə öz yüksək akademik statusunu bir daha təsdiq etdi. "Koroğlu" operasını sözün həqiqi mənasında zəngin milli mədəniyyətimizin əsl himni hesab etmək olar".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB