Xınalıq kəndində uzun fasilədən sonra kino nümayiş etdirilib

Xınalıq kəndində uzun fasilədən sonra kino nümayiş etdirilib

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevin göstərişi ilə Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən Xınalıq kəndində kino nümayişinin bərpası təmin edilib. SİA-nın məlumatına görə, Xınalıq kənd klubunda Ülviyyə Könülün rejissorluğu ilə ekranlaşdırılan "Həddən artıq uyğunluq" bədii filmi nümayiş etdirilib. Film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb. Tədbirdə Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin məsul işçisi Söhrab Əmrahov iştirak edib. Kəndə gələcəkdə də mütəmadi olaraq filmlərin nümayiş etdirilməsi nəzərdə tutulub. Bunun üçün Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən Xınalıq kənd klubuna proyektor dəsti,noutbuk və yeni lentə alınmış kino diskləri verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə