"Gənc şairlərin Bakı Forumu" öz işinə başlayıb TƏDBİR

"Gənc şairlərin Bakı Forumu" öz işinə başlayıb TƏDBİR

Bu gün Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində "Böyük İpək Yolu" Beynəlxalq İttifaqının təşkilatçılığı Gənclər və İdman Nazirliyinin dəstəyi ilə " Gənc şairlərin Bakı Forumu" öz işinə başlayıb. SİA-nın xəbərinə görə, tədbirdə "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının sədri, Milli Məclisin Gənclər və idman Komitəsinin sədri Fuad Muradov, Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin, ölkəmizdə akkreditə olunmuş səfirliklərin nümayəndələri və digərləri iştirak ediblər.

Tədbirdə Forum və iştirakçılarla bağlı videoçarx nümayiş olunub. Tədbiri giriş sözü ilə açan Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının baş katibi Aytən Əliyeva forumun məqsədləri haqqında məlumat verib. Onun sözlərinə görə, forum 12 ölkədən Bakıya gələn şairlər üçün dostluq, əməkdaşlıq bayramı olacaq.

Daha sonra çıxış edən Fuad Muradov söyləyib ki, "Böyük İpək Yolu" BGİ daim ədəbi tədbirlər həyata keçiriir ki bu günkü forumuda buna nümunədir. Artıq 3 ildir ki forumun keçirildiyini deyən təşkilat sədri bu təşəbbüsün YUNİCEF tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

F.Muradov forumun mədəniyyətlərarası dialoqa töhfə olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar, Heydər Əliyev Fondun tərəfindən görülən çoxşahəli işlər mədəniyyət və ədəbiyyat sahələrində də öz təcəssümünü tapır: "Müxtəlif ölkələrdən gələn bu gənclərin Bakıda toplaşması, həm ölkənin ədəbi mühitində, həm də iştirakçıların yaradıcılığında öz izini qoyacaq".

Gənclər və İdman Nazirliyinin (GİN) Gənclərlə iş şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev hər kəsi salamlayaraq forumun əhəmiyyətindən söz açıb. O bildirib ki, GİN hər zaman bu cür layihələri dəstəkləyir və bundan sonra da dəstəkləməyə hazırdır.

Tədbirdə iştirak edən digər natiqlər forumun ənənəvi hal almasının yüksək aura yaratdığını dilə gətiriblər.

Daha sonra forumda iştirak edən gənc şairlər öz şeirlərini səsləndiriblər. Forum işini "Qadınlarının inkişaf perspektivində Şərq-Qərb mədəni müxtəlifliyi, "Ənənəvi internet ədəbiyyatı" və digər mövzularda müzakirələrlə davam edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə