Rus Dram Teatrında uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri direktorlarının müşavirəsi keçiriləcək

Sentyabrın 7-də Azərbaycan Dövlət Rus Dram Teatrında mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri direktorlarının müşavirəsi keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin katibi Zöhrə Əliyeva məlumat verib. Məlumata görə, müşavirə "Respublikanın uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri üzrə 2009/2010-cu tədris ilinin yekunları" mövzusuna həsr olunub.

Müşavirədə respublikamızda bədii təhsilin inkişafı, uşaq və gənclərin keyfiyyətli təhsilə yiyələnməsi sahəsində qarşıda duran vəzifələr, 2009/2010-cu tədris ilində uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyəti, nailiyyətlər, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə