Şair Çingiz Əlioğlu beynəlxalq müsabiqənin “Qran-pri” mükafatına layiq görülüb
Moskvada MDB ölkələrinin "Kitab sənəti" VII beynəlxalq müsabiqəsinin qalibləri elan olunub. SİA-nın məlumatına görə, müsabiqəni MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) təşkil edib.
DNƏF-in mətbuat katibi Aleksandr Kalugin bildirib ki, müsabiqəyə 11 ölkədən – Azərbaycan, Qazaxıstan, Belarus, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna, Ermənistan, Estoniyadan 155 nəşr təqdim edilib. Beynəlxalq münsiflər heyəti kitabları 9 nominasiyada qiymətləndirmişdir. Nominasiyaların 7-si – "Birlik", "Mənim ölkəm", "Uşaqlar və yeniyetmələr üçün kitablar", "Müasirimiz", "Art-kitab", "MDB-də nəşr edilmişdir", "Qran-pri" daimidir. "Qələbə" nominasiyası Böyük Qələbənin 65-ci ildönümünə, "Elm və təhsil" isə MDB-də Elm və İnnovasiyalar ilinə həsr olunub.
Nominasiyaların hər birində qaliblər müəyyən edilmişdir. Sentyabrın 3-də onlara mükafatlar təqdim olunub.
Müsabiqənin "Qran-pri" mükafatına Azərbaycan şairi Çingiz Əlioğlunun "Çərçivə" şeirlər toplusu ("Təhsil" nəşriyyatı) layiq görülüb. "Qran-pri" mükafatı Ukrayna nümayəndələrinə təqdim olunub. Bu, "Roksolaniya: cənnətdən qovulma" və "Vətənin tüstüsü: özünə qayıtma" kitablarıdır. "Kitab sənəti" müsabiqəsinin nəticələri Rusiya paytaxtında keçirilən XXIII Moskva beynəlxalq kitab festivalı çərçivəsində elan olunub. Sərgidə 56 ölkədən 800-dən çox ekspozisiya nümayiş etdirilir. Dünyanın 320 KİV-dən 760 jurnalistin işıqlandırdığı tədbirdə onlarca dildə 200 min nəşr təqdim olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB