Rusiyanın xalq artisti Bakıda “Kandarakı ər və yaxud toy gecəsində sərgüzəşt” komediyasını səhnələşdirəcək
Sverdlovsk Dövlət Musiqili Komediya Teatrının baş rejissoru, Rusiyanın xalq artisti Serqey Yunqans Musiqili Teatrların Beynəlxalq Assosiasiyası tərəfindən tamaşa hazırlamaq üçün Azərbaycan Dövlət Musiqili Komediya Teatrına göndərilib. Bu barədə SİA-ya Musiqili Komediya teatrının mətbuat xidmətinin rəhbəri Ağca Muxtarova məlumat verib. Onun sözlərinə görə, Serqey Yunqans teatrın rus bölməsində operetta janrının banisi, böyük fransız bəstəkarı Jak Offenbaxın "Kandarakı ər və yaxud toy gecəsində sərgüzəşt" komediyasını səhnələşdirəcək.
Məlumat üçün bildirək ki, Jak Offenbaxın eyni adlı əsəri Azərbaycan teatrında ilk dəfə 1989-cu ildə Musiqili Komediya Teatrının səhnəsində tamaşaya qoyulub.
Qeyd edək ki, Serqey Yunqans "Qızıl Maska" Milli Mükafatın laureatı, professor Kiril Savelyevic Strejnevin tələbəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB