“Pillə” adlı bayram konserti keçirilib FOTOLAR

“Pillə” adlı bayram konserti keçirilib FOTOLAR

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və "Mədəniyyət" Kanalının birgə təşkilatçılığı ilə Heydər Əliyev Sarayında 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş "Pillə" adlı bayram konserti keçirilib. SİA-nın məlumatına görə, bayram konsertində Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov və digər qonaqlar iştirak ediblər. Konsertin təşkilində məqsəd gənc və istedadlı uşaqların yaradıcı potensiallarının üzə çıxarılması olub.

Konsertdə İdarənin nəzdində olan Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlərinin iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunub. Həmçinin, Bakı incəsənət məktəblərində təhsil alan istedadlı uşaqların əl işlərindən ibarət sərgi təşkil edilib. Üzeyir Hacıbəyli, Qara Qarayev, Arif Məlikov, Sevil Əliyeva, Müslüm Maqomayev, Tofiq Quliyev, Pyotr Çaykovski, Dino Fekaris, Robertino Loretti, Dmitriy Saratskiy və digər Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət konsert yüksək bayram əhval ruhiyyəsində keçib və bütün uşaqlara sevinc bəxş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə