Qırğız Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib

Qırğız Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib

Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev Qırğız Respublikası parlamentinin aparat rəhbəri və "Sayakpay Manasçı" Beynəlxalq Fondunun direktoru Samatbek İbraevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə qonaqlara ölkəmizin tarixi, zəngin mədəniyyəti və turizm potensialı, həmçinin Azərbaycanda keçirilən beynəlxalq tədbirlər və layihələr barədə məlumat verilib.

Samatbek İbraev, 2013-cü ilin 1-8 dekabr tarixində Bakıda təşkil olunan YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası zamanı Manas, Semetey, Seytek epik trilogiyasının təşkilatın Reprezentativ siyahısına daxil edilməsində Azərbaycan Hökuməti tərəfindən böyük dəstəyin göstərildiyini vurğulanıb.

Ədalət Vəliyev iki ölkə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.

Görüş zamanı qonaqlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və münaqişə nəticəsində Ermənistan dövləti tərəfindən işğal edilmiş ərazilərdə xalqımıza məxsus tarix-mədəniyyət abidələrinin dağıdılması və məhvi barədə məlumatlandırıldı, bu fakt Azərbaycanın və ümumilikdə bəşəriyyətin mədəni irsinə vurulan ziyan kimi qiymətləndirilib.

Samatbek İbraev səmimi qəbula görə nazir müavininə təşəkkürünü bildirib, həmçinin Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın bundan sonra da inkişafına inam ifadə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə