İslami dəyərlərin müasir dövrə uyğunlaşması “1001 gecə”də sərgilənəcək

İslami dəyərlərin müasir dövrə uyğunlaşması “1001 gecə”də sərgilənəcək

YAY Qalereyasında altı gənc rəssamın "1001 gecə" adlı qrup sərgisi açılacaq. SİA-nın məlumatına görə, sərgi müasir incəsənət sahəsində çalışan görkəmli Azərbaycan rəssamlarının rəngkarlıq, heykəltəraşlıq və instalyasiya nümunələrini özündə birləşdirir.

Rəssamlar Orxan Hüseynov, Faiq Əhməd, Fərid Rəsulov, Rəşad Ələkbərov, Hüseyn Haqverdi və Reza Hazarenın sənət silsiləsinin yer alacağı sərginin ideyası İslam mədəniyyəti dəyərlərindən, onların müasir dövrə necə uyğunlaşmasından, habelə hansı transformasiyalara uğramasından bəhs edir.

İyunun 11-dək davam edəcək sərginin kuratoru Fərəh Ələkbərlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə