Nazir müavininin Sevda Məmmədəliyevanın rəhbərliyi ilə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200-cü ildönümü ilə əlaqədar iclas keçirilib. SİA-nın məlumatına görə, iclasda Milli Məclisin deputatı Rövşən Rzayev, Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Höccət Əsəddullayev, Berlin Humbolt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri professor Eva Maria Aux, Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin dirijoru Fuad İbrahimov və nazirliyin aidiyyəti şöbələrinin əməkdaşları iştirak edib.
İclasda Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi müzakirə olunub. Bu istiqamətdə Göygöl şəhərində Alman İcmasının Tarixi Muzeyi və alman kilsəsinin, həmçinin bir sıra tarixi əhəmiyyətli binaların bərpası və görkəmli alman bəstəkarı İohan Sebastyan Baxa həsr olunmuş Bax Festivalının təşkilinə dair konkret təkliflər ətrafında danışıqlar aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB