Aprelin 13-də Bakıda Berlinin simvolu sayılan və hazırda dünyanın bir çox ölkəsində orijinal sənət əsəri kimi nümayiş etdirilən "Baddi ayısı"nın heykəlinin açılış mərasimi keçiriləcək.SİA-nın məlumatına görə, heykəl keçən il fevralın 9-da Almaniyanın Bakıdakı səfirliyinin, Azərbaycan Rəssamlıq Akademiyasının, Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən "Baddi ayısı" müsabiqəsinin qalibi Gülər Haşımova tərəfindən Almaniya və Azərbaycan mədəniyyətlərinə xas elementlər əsasında rənglənib.
Qeyd edək ki, "Baddi ayısı" heykəlləri Berlində 2001-ci ildə meydana gəlib. Ayılar pəncələrini qaldıraraq müxtəlif xalqlar arasında dostluğu və nikbinliyi nümayiş etdirir. 2002-ci ildən bəri bu heykəllər hər il "United Buddy Bears" beynəlxalq rəsm sərgilərində dünyanın onlarla şəhərində 30 milyondan çox ziyarətçiyə nümayiş etdirilir. Bu sərgilərdə 150-dən çox "Baddi ayısı" heykəli müxtəlif xalqların mədəniyyətlərinə xas olan elementlərlə rənglənir. Həmçinin hərraclarda satılan heykəllərdən əldə olunan gəlir xeyriyyə təşkilatlarının hesabına köçürülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB