İctimai xadim: "Ölkəmizə dünyanın hər bir tərəfindən turist axını başlayıb"
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti, ictimai xadim Hacı Quliyev toylardan söz açıb. SİA-nın məlumatına görə, H.Quliyev el şənlikləri haqda maraqlı fikirlər irəli sürüb: "Hər kəsdən artıq dərəcədə xahiş edirəm, bizim milli-mənəvi dəyərlərimizə toxunmasınlar. Toylarımız milli yeməklərimizin, musiqimizin, rəqslərimizin, ümumiyyətlə mədəniyyətimizin təbliğidir. Bu məsələyə çox ciddi və həssas yanaşıram. Azərbaycan turizm ölkəsi olaraq toylarıyla daha çox diqqət çəkir. Azərbaycan dünyaya açılır. Ölkəmizə dünyanın hər bir tərəfindən turist axını başlayıb. Qardaş ölkə olan Türkiyəyə səfərim zamanı da maraqlı dialoqlarla rastlaşmışam. Belə ki, Azərbaycan adı çəkiləndə ilk verilən suallardan biri belə olur: "Azərbaycan toylarında oldunmu?" Dünyanın heç bir yerində Azərbaycandakı kimi toy dəyərlərinə, ailə bağlığına bu kimi qiymət verilmir. Niyə biz düzgün toy mədəniyyətimizlə dünyaya çıxmayaq? Bir turistin toyda bir neçə saat qonaq kimi iştirakı zamanı mədəniyyətimizə xas olan bir çox dəyərlərlə tanış edə bilərik: milli musiqimiz, mətbəximiz, rəqslərimiz, geyim ən əsası ünsiyyət mədəniyyətimizlə. Dəfələrlə Amerikada, Almaniyada və başqa ölkələrin toylarında iştirak etmişəm. Sevindirici haldır ki, dünyanın hər bir yerində Azərbaycan toy mədəniyyəti çox geniş şəkildə təbliğ olunur".
İctimai xadim həmçinin əhalinin hər təbəqəsi üçün nəzərdə tutulan şadlıq saraylarının fəaliyyətlərindən də danışıb: "Azərbaycanda kifayət qədər keyfiyyətli qidalar və içkilər təqdim edən şadlıq sarayları var ki, qidaları və içkiləri çox gözəl şəkildə tənzimləyə bilirlər. Müqayisədə ABŞ-da və ya Almaniyada bizimki kimi geniş süfrə açmaq çox bahalıdır. Lakin, bizim şadlıq evləri qiymət siyasəti öhdəsindən çox məharətlə gələ bilirlər. Azərbayacanda hər təbəqə üçün nəzərdə tutulan şadlıq evləri var. Amma elə aztəminatlı ailələr var ki, yüksək qiymətli şadlıq saraylarında toy mərasimi keçirmək üçün müraciət edirlər. Sonda da ziyana düşülər. Axı nə məcburdu ki, məhz həmin şadlıq saraylarında toy keçirəsən?"
Toy insanlar arasında sosial yardımlaşmadır deyən H.Quliyev onu da qeyd edib ki, toylarda nəmər (pul) yığılmaqla toy sahiblərinə böyük dəstək olunur və zərərlə üzləşmirlər: "Ölçüb-biçib son qərara gəlirik ki, tədarük gördüyün məbləğlə istədiyin kimi toy edə bilərsən. Bu da insanın öz düşüncəsindən, yanaşmasından və kreativliyindən asılıdır".
İctimai xadim açıqlamasında son illər xınayaxdı mərasimlərinin təşkilinin geniş şəkildə yayılmasını təqdirəlayiq hesab edib:"Hazırda ən yaxşı məqamlardan biri də xınayaxdı mərasimlərinin təşkilinin inkişaf etməsidir. Unudulmaqda olan xınayaxdı mərasimlərinin adətləri çox gözəl şəkildə göstərilir. Artıq bu işlə məşğul olan o qədər şirkətlər var ki, rəqabətə görə həm ucuz qiymətlərlə, həm də unudulmuş adətlərimizin araşdırıb-tapmaqla fəaliyyət göstərirlər. Bunun hansı pis yönləri var?"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB