TRT Avaz-ın 8-ci ildönümü qeyd ediləcək

TRT Avaz-ın 8-ci ildönümü qeyd ediləcək

TRT Avaz kanalının qurulmasının səkkizinci ildönümü Bakıda qeyd ediləcək. SİA-ya TRT-nin Bakı ofisindən verilən məlumata görə, 21 mart saat 19.30- da Heydər Əliyev Mərkəzində keçiriləcək konsert proqramını 26 ölkə və 15 muxtar respublika olmaqla 300 milyon tamaşaçı canlı olaraq izləyəcək. Emre Aydın, Azərin, Fərqanə və surpriz sənətçilərin iştirakı ilə möhtəşəm konsert proqramı Novruz coşğusunu Bakıdan dünyaya çatdıracaq. İçərişəhirdə qurulacaq nəhəng ekranlarla konsert proqramı və Novruz Festivalı canlı olaraq tamaşaçıların ixtiyarına veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə