Martın 13-də C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında İftixarın müəllifi olduğu "Qanlı qızıl toy" pyesi əsasında Xalq Artisti Rafael Dadaşovun quruluşunda hazırlanmış eyniadlı tamaşanın premyerası keçiriləcək. Teatrdan SİA-ya bildirilib ki, Şuşa şəhərinin müdafiəsi uğrunda döyüşmüş qəhrəmanlarımıza həsr olunmuş tamaşa Rafael Dadaşovun 70 illiyi münasibətilə hazırlanıb.
Səhnə əsəri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə İrəvan Teatrının birgə layihəsi əsasında ərsəyə gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB