“Selector PRO” musiqi forumu keçirilib FOTOLAR

“Selector PRO” musiqi forumu keçirilib FOTOLAR

"British Council" təşkilatının, "ASAN Radio" və "YARAT" Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Bakıda "Selector PRO" adlı musiqi forumu keçirilib. Forumda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) musiqi sənəti fakültəsinin tələbələri, Birləşmiş Krallığın və Azərbaycanın görkəmli musiqi nəzəriyyəçiləri və mütəxəssisləri iştirak ediblər. ADMİU-nun mətbuat xidmətindən SİA-ya bildiriblər ki, forum çərçivəsində açıq konfrans, DJ tədbiri, Britaniyanın və Azərbaycanın aparıcı musiqiçilərinin və jurnalistlərinin iştirakı ilə təşkil olunan seminarlar keçirilib. Britaniya musiqi sənayesinin ən təcrübəli peşəkarlarından Ebbi Makkarti, Sesil Kommunal və Çarli Arm tədbirin qonaqları sırasında olublar.

"Selector PRO" musiqi forumunun məqsədi Azərbaycanın və Birləşmiş Krallığın musiqi sənayesinin müzakirəsi, həm peşəkarları, həm də geniş ictimaiyyəti müasir cəmiyyətin musiqi tendensiyaları, o cümlədən Böyük Britaniyanın musiqi sənayesinin spesifik xüsusiyyətləri barədə məlumatlandırmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə