Bəzi mehmanxanalara dərəcə sertifikatları verilib

Bəzi mehmanxanalara dərəcə sertifikatları verilib

Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanaların təsnifatı aparılıb. Nazirliyin sifarişi ilə hazırlanmış xüsusi proqram vasitəsilə ekspert qrupu tərəfindən mehmanxanalara baxış keçirilir və ulduz dərəcələri müəyyən olunur.

Nazirlikdən bildirilib ki, cari ilin fevral ayı ərzində dövlət standartına uyğun olaraq Bakı şəhərində yerləşən "Joyy Hotel & Spa" mehmanxanasına 4, Şabrandakı "Qalaaltı Hotel & Spa" mehmanxanasına isə 5 ulduz dərəcə sertifikatları verilib.

Qeyd edək ki, hazırda respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 127-ə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə