Qax Dövlət Kukla Teatrında yeni tamaşaların məşqlərinə başlanıb

Qax Dövlət Kukla Teatrında yeni tamaşaların məşqlərinə başlanıb

"Qızıl Dərviş" mükafatı laureatı Qax Dövlət Kukla Teatrında 2017- ci il üçün repertuar planı üzrə yaradıcılıq işləri davam edir. SİA-nın məlumatına görə, artıq Azərbaycan nağılı əsasında "Cırtdan" tamaşasının məşqlərinə başlanmışdır. Tamaşaya teatrın baş rejissoru Yusif Abdurahmanov quruluş verir.

Paralel olaraq quruluşçu rejissor Rahib Məmmədov Osman Abdullayevin "Babanın nəsihəti" tamaşasını hazırlayır. Bu əsər elimizin sərvəti olan meşələrin qorunmasına bir çağırışdır.

2017- ci il üçün daha 2 əsərin tamaşaya hazırlanması nəzərdə tutulub. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Xeyir və Şər" mənzum hekayəsi əsasında hazırlanacaq tamaşa uşaqlarda xeyirxahlıq, humanizm ideyalarını aşılayacaq.

Nəhayət ilin sonunda dramaturq Rəhman Əlizadənin "Keçəlin toyu" komediyası yeni quruluşda təqdim olunacaq. Hər iki tamaşanı teatrın baş rejissoru Yusif Abdurahmanov hazırlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə