“Sənətdə multikulturalizm” sərgi

“Sənətdə multikulturalizm” sərgi

Qafqaz Universitetində "Sənətdə multikulturalizm" mövzusunda hüsn-xətt sərgisi keçirilib. SİA-ya Misirin Bakıdakı səfirliyindən verilən məlumata görə, sərgi universitetin "Azərbaycan multikulturalizmi" elm-tədris mərkəzi ilə Misir səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin əməkdaşlığı çərçivəsində təşkil edilib. Tədbirdə məşhur misirli xəttat Əşrəf Əhməd Übeydin 20 ərəb kalliqrafiyasını əks etdirən sənət əsərləri nümayiş olunub.Həmçinin, sərgi çərçivəsində "Multikulturalizmin reallaşdırılmasında dillərin rolu" mövzusunda seminar keçirilib. Seminarda Misirin Qahirə Universitetinin "Darul-ulum" fakültəsinin professoru Əhməd İbrahim Dərviş çıxış edib. Azərbaycanı Qafqazın cənnəti adlandıran misirli qonaq buradakı multikulturalizmin digər ölkələrə nümunə ola biləcəyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə