Azərbaycan Xalça Muzeyində hər ay "Bir eksponatın tarixi" layihəsi həyata keçirilir. SİA-nın məlumatına görə, layihə çərçivəsində hər dəfə bir eksponatın tarixi ətraflı olaraq təqdim edilir. Bu ay keçirilən "Bir eksponatın tarixi" layihəsində muzeyin kolleksiyasında saxlanılan xalçaçı-rəssam Eldar Mikayılzadənin müəllifi olduğu "Nağıllar aləmi" xalçası təqdim olunub.
Təqdimat zamanı Eldar Mikayılzadə xalçanın yaranma tarixi, onun üzərində təsvir olunmuş müxtəlif süjetli səhnələr haqqında fəlsəfi düşüncəli maraqlı məlumatlarla bölüşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB