Zaqatalada “Multikulturalizm” mövzusunda tədbir keçirilib

Zaqatalada “Multikulturalizm” mövzusunda tədbir keçirilib

Zaqatala rayon Əliabad qəsəbə mədəniyyət evinin, klublar və kitabxananın, həmçinin Mosul kənd mədəniyyət evinin birgə təşkil etdiyi növbəti və yaddaqalan tədbir "Multikulturalizm" mövzusuna həsr edilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə bu müəssisənin müdiri Əhmədiyyə Musayev açaraq 22 millətin nümayəndəsinin əmin-amanlıq şəraitində yaşadığı və multikultural dəyərlərimizi həmişə layiqincə özündə əks etdirən bir bölgənin sakinləri olduğumuz üçün qürur duyduğunu bir daha vurğulayıb.

Mosul kənd mədəniyyət evinin müdiri Şaiq Əlixanov və ondan sonra fikirlərini bildirən mədəniyyət işçiləri, yerli bələdiyyə nümayəndəsi və digər müəssisələrin rəhbərləri öz çıxışları zamanı mövzu barədə ətraflı və dolğun söhbət açıblar.

Çıxışlarda 2016-ci ildə mədəniyyət və turizm sayəsində əldə edilən uğurlardan danışılaraq tədbir iştirakçılarına gələcək fəaliyyətlərində də uğurlar arzulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə