"Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 11 oktyabr tarixli 2378 nömrəli Sərəncamının icrası ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi cari ilin dekabr ayında uşaq, yeniyetmə və gənclər arasında ümumrespublika musiqi müsabiqəsi keçirilib. SİA-nın məlumatına görə, Bakı şəhər Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbində müsabiqəyə start verilib. 9 ixtisas üzrə keçirilən müsabiqəyə 600-ə yaxın iştirakçı qatılıb.
Müsabiqə qaliblərinin yekun konserti cari ilin 16 dekabr tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.
.jpg)
(1).jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB