Azərbaycanlı aktyor özünü təriflədi: "Mən bir dubla çəkilən aktyoram"
Əməkdar artist Nazir Rüstəmov seriallardan söz açıb. SİA-ya açıqlama verən aktyor özünü seriallarda da sınadığını bildirib: "Bildiyiniz kimi, bir neçə seriallarda rol almışam. Serialda oynamaq teatrdan asandır. Çünki bir kadrın lentə alınması üçün bir neçə dubla çəkilə bilərsən. Onu da qeyd edim ki, mən 1 dubla çəkilən aktyoram. Tamaşada oynamaq üçün aktyor peşəkar olmalıdır. Teatr sahəsi çox çətindir".
Qeyd edək ki, əməkdar artist Nazir Rüstəmov Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorudur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB