Şirvanda "Gənclər mütaliə edir" aksiyası keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Şirvan şəhər Mərkəzi Kitabxananın əməkdaşları Alma Cəfərova, İlhamə İmanova, Kəmalə Quliyeva Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecdə gəncləri Mərkəzi Kitabxananın fonduna daxil olan yeni kitablarla tanış ediblər.
Nümayiş olunan kitablar arasında gənclərin xüsusilə diqqətini çəkən Uğur qazanmağın yolları seriyası ilə nəşr edilən Aylin Atmacanın " Mədəni səviyyəni neçə yüksəltməli", "Zamanı neçə idarə etməli?" kitabları olub.
Gənclərdə vətənpərvərlik tərbiyəsinin təbliği ilə əlaqədar Prof. Fazil Qaraoğlunun "Ermənilər və həqiqətlər", Hacı Rəfiqə Əsgərovanın "Gültəkin zərvəsi", Adil Həşimovun "Arpaçayın nisgili" və s. kitablar da nümayiş olunub.
Şakir Qabıssanlının (Həmzəyev) "Azərbaycan xalçalarının açılmamış sirrləri" və "Tarixi yanlışlıqlar" kitabları da gənclərin marağına səbəb olub.
Gənclər kitablar haqqında fikir mübadiləsi aparıb.
Tədbirin məqsədi gəncləri maarifləndirmək, asudə vaxtını səmərəli təşkil etmək, onların sağlamlıqlarının qorunması, zərərli vərdişlərdən uzaqlaşdırılması, onların mütaliəsinin düzgün istiqamətləndirilməsi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB